Bank Of Baku

Kanadada 78 nöqtədə meşə yanğını olub, 10 mindən çox insan təxliyə olunub - FOTO

Kanadada 78 nöqtədə meşə yanğını olub, 10 mindən çox insan təxliyə olunub - FOTO
# 06 may 2023 04:33 (UTC +04:00)

Kanadada meşə yanğınları tüğyan edir.

APA xarici KİV-ə istinadən xəbər verir ki, Alberta əyalətində 78 nöqtədə yanğınla mübarizə aparılır.

"Little Red River Cree Nation" bölgəsindəki "Fox Lake"də alovla mübarizəyə həm havadan, həm də qurudan müdaxilə edilir.

Yanğın nəticəsində 4400 hektar ərazi külə dönüb.

Hadisə nəticəsində 20 ev ziyan görüb, 3700 nəfər təliyə edilib.

"Drayton Valley" bölgəsində indiyədək 500 hektar ərazi tamamilə yanaraq külə dönüb. Burada isə 7200 insan fəlakət böləgəsindən təxliyə olunub.

Ümumilikdə 78 yanğın ocağından 19-u nəzarətdən çıxıb.

Rəsmilər bu il 348 meşə yanğınının qeydə alındığını deyir.

İndiyədək ümumilikdə 25 mindən çox ərazi yanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR