Bank Of Baku

Kanadada təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb

Kanadada təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb
# 30 iyul 2023 05:44 (UTC +04:00)

Kanada dağlarında gecə saatlarında kiçik bir təyyarə qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Hadisə nəticəsində təyyarədə olan 6 nəfərin hamısı həlak olub.

Qeyd olunur ki, təyyarə cümə günü yerli vaxtla saat 21:00 radələrində (Bakı vaxtı ilə şənbə günü 7:00) Kalqari şəhəri yaxınlığındakı hava limanından havaya qalxıb.

Yerli vaxtla saat 01:00 radələrində təyyarənin radarlardan itdiyi barədə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR