Kanadanın Karberi şəhəri (Manitoba) yaxınlığındakı magistral yolda baş verən avtomobil qəzası nəticəsində azı 15 nəfər ölüb, 10 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə cümə axşamı CTV telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, qəzada yük maşını və mikroavtobus toqquşub. Mikroavtobusun yandığı bildirilir. Sərnişinlərin əksəriyyəti təqaüdçülər olub. Qəzanın başqa təfərrüatları açıqlanmayıb.