G7 və NATO ölkələri Rusiyanın Ukraynada başlatdığı müharibədə məğlub olması üçün hər şeyi etməlidir.
APA-nın məlumatına görə, bunu Kanadanın baş naziri Castin Trüdo “Bloomberg” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, G7 və Şimali Atlantika Alyansının liderləri müharibənin uzanacağını bilirdilər.
“Əlbəttə, G7 və NATO-da apardığımız danışıqlara görə, müharibənin uzanacağına əmin idik. Biz Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik və etməməliyik”, - deyə Trüdo bildirib.