İranda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

İranda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 28 noyabr 2016 11:37 (UTC +04:00)

İranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecə İranşəhr-Bəm yolunda minik avtomobili yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Xəsarət alan şəxsin vəziyyəti ağırdır, o, İranşəhrin xəstəxanasına yerləşdirilib.


Qeyd edək ki, İranşəhr-Bəm maqistral yolu İranın cənub-şərq bölgəsində ən çox qəza baş verən yollardan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR