Bank Of Baku

Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar

Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar
# 02 aprel 2025 23:28 (UTC +04:00)

Ukrayna və Rusiya tam atəşkəsə nail olmağa yaxındırlar, bunun üçün iki ölkənin şərtlərini razılaşdırmaq lazımdır.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox Business” telekanalının efirində bildirib.

Kelloq hesab edir ki, indi Ukrayna və Rusiyanın müharibənin dayandırılması ilə bağlı tələblərini açıq şəkildə ifadə edəcək müqavilə şərtlərini formalaşdırmaq lazımdır.

Xüsusi nümayəndənin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya lideri Vladimir Putinlə əlaqə saxlamağa davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR