ABŞ Kremlə edildiyi bildirilən dron hücumu ilə bağlı heç bir xəbərdarlıq almayıb.
APA xəbər verir ki, bu barədə adları açıqlanmayan ABŞ rəsmiləri CNN-ə bildiriblər.
“Hər nə baş veribsə də, öncədən xəbərdarlıq olmayıb”, - deyə adı açıqlanmayan rəsmi CNN-ə bildirib.
Daha bir rəsmi isə qeyd edib ki, onlar Rusiyanın iddialarını dəyərləndirirlər və hələ ki Ukraynanın Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd təşkil etməsi ilə bağlı Kremlin açıqlamalarını təsdiqləməyiblər.
Qeyd olunub ki, ABŞ rəsmiləri hələ də dəqiqliklə nə baş verməsinə dair faktları toplayırlar.