Bank Of Baku

KİV: ABŞ Putini Kaliforniyada keçiriləcək APEC sammitinə dəvət etməyəcək

KİV: ABŞ Putini Kaliforniyada keçiriləcək APEC sammitinə dəvət etməyəcək
# 28 iyul 2023 10:30 (UTC +04:00)

ABŞ Rusiya Prezidenti Vladimir Putini Kaliforniyada keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı (Asia-Pacific Economic Cooperation – APEC) sammitinə dəvət etməyəcək.

APA xəbər verir ki, bu barədə “The Washington Post” nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin sözlərinə görə, ötən il sanksiyalara məruz qalan və ümumiyyətlə ABŞ-a girişi qadağan edilən Rusiya Prezidentinə icazə verilmədiyi təqdirdə APEC sammitinə buraxılmayacaq.

Qeyd edək ki, APEC sammiti bu ilin noyabr ayında Kaliforniya ştatının San-Fransisko şəhərində keçiriləcək. Sammitdə 19 ölkə iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR