ABŞ hakimiyyəti sentyabrda "Abrams" tanklarının Ukraynaya çatdırılmasına başlamaq niyyətindədir.
APA xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.
Qeyd olunur ki, avqustda bir neçə tank modernləşdirilməsi üçün Almaniyaya göndəriləcək.
Bundan əvvəl NATO əks-hücum əməliyyatı başa çatana qədər F-16 qırıcılarını Kiyevə təhvil verməkdən imtina etmişdi.
İyun ayında Qərbin 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinə 250 tank, o cümlədən 120 "Leopard" tədarük edəcəyi bildirilmişdi.