Bank Of Baku

KİV: ABŞ və Aİ Rusiyaya qarşı sanksiyaları hazırlamağa 2021-ci ilin noyabrında başlayıb

KİV: ABŞ və Aİ Rusiyaya qarşı sanksiyaları hazırlamağa 2021-ci ilin noyabrında başlayıb
# 30 aprel 2023 23:36 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukraynada müharibə başlamazdan əvvəl Rusiya əleyhinə sanksiyaların hazırlanması barədə razılığa gəliblər.

APA-nın məlumatına görə, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, 2021-ci ilin noyabrında Bayden fon der Leyen ilə Ağ Evdə görüşü zamanı Amerika kəşfiyyat xidmətlərinin məlumatlarına əsaslanaraq “Rusiya əsgərlərinin Ukrayna ilə sərhədə yaxın ərazidə toplanması ilə bağlı həyəcan təbili çalıb”. Adı açıqlanmayan avropalı siyasətçinin qeyd etdiyi kimi, Amerika lideri çox narahat idi, lakin Avropada heç kim buna əhəmiyyət vermədi.

“Politico”nun məlumatına görə, bu görüşdən sonra Lyayen komandası Ağ Ev administrasiyası ilə gizli şəkildə sanksiyalar paketi üzərində işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR