Bank Of Baku

KİV: Ağ Ev Ukraynaya ATACMS ballistik raketlərinin tədarükünü müzakirə edir

KİV: Ağ Ev Ukraynaya ATACMS ballistik raketlərinin tədarükünü müzakirə edir
# 12 iyul 2023 12:50 (UTC +04:00)

Ağ Evdə Ukraynanın uzunməsafəli ATACMS taktiki ballistik raketləri ilə təchiz edilməsinə dair gizli müzakirələr aparılır.

APA xəbər verir ki, bu barədə “New-York Times” nəşri adı açıqlanmayan ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb:

“İki Amerika və bir Avropa rəsmisi Bayden Administrasiyası daxilində digər təhlükəsizlik təhdidləri üçün saxlanılmış, heç olmasa, bir neçə quru-quru tipli idarəolunan raketin (Ukraynaya-red.) göndərilməsi barədə sakit debat aparıldığını təsvir edir”.

Qeyd olunub ki, ABŞ rəsmiləri ATACMS arsenalının nisbətən kiçik olması, həmçinin Pentaqonun bu raketlərlə bağlı xüsusilə də Koreya yarımadasında olmaqla digər hərbi planlarının olması barəsində xəbərdarlıq ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR