ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak edəcəyini düşünürsə, səhhəti və yaşı barədə seçicilərlə açıq danışmalıdır.
APA-nın məlumatına görə, “The New York Times” şənbə günü “Associated Press” agentliyinin NORC İctimaiyyətlə Əlaqələr Araşdırma Mərkəzi ilə birgə keçirdiyi sorğunun nəticələrini dərc edərək belə bir qiymətləndirmə aparıb.
Sorğunun nəticələrinə görə, Demokrat Partiyasını dəstəkləyən seçicilərin 47%-i hesab edir ki, Bayden növbəti prezident seçkilərində iştirak etməlidir.