Bank Of Baku

KİV: Blinken ABŞ-ın Yaponiyaya nüvə zərbələrinə görə üzr istəməyib

Entoni Blinken

© APA | Entoni Blinken

# 18 aprel 2023 12:45 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Yaponiyanın Hiroşima və Naqasaki şəhərləri ilə bağlı açıqlamasında partlayışlara görə üzr istəməyib.

APA xəbər verir ki, “News Unrolled” portalı Blinkenin bəyanatından sitatlar gətirib.

Portal qeyd edib ki, Blinken çıxışı zamanı Hiroşima və Naqasaki ilə bağlı danışarkən ABŞ tərəfindən zərbələr endirilməsinə aydınlıq gətirməyi lazım bilməyib.

Blinken şəhərlərdə baş vermiş dağıntıları şərh edərkən, onları tarixdə misli görünməmiş adlandırıb.

ABŞ dövlət katibi onu da qeyd edib ki, (G7-yə daxil olan ölkələr daha təhlükəsiz dünya qurmaq üçün tərksilah səylərini artırmağa sadiqdirlər.

Portal onu da əlavə edib ki, Hiroşima və Naqasaki sakinlərinin böyük bir hissəsi, ABŞ da daxil olmaqla, G7 dövlət başçılarını şəhərlərə səfər etməyə çağırıb, lakin buna baxmayaraq, Blinken çıxışı zamanı Yaponiya şəhərlərinin kim tərəfindən bombalandığını qeyd etməyib və üzr istəməyib.

1945-ci il 6 və 9 avqust tarixlərində ABŞ ordusu Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atıb və bunun nəticəsində Hiroşimada 140 min, Naqasakidə isə 74 min insan həyatını itirib. Onların böyük əksəriyyəti mülki şəxslər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR