Bank Of Baku

KİV: İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub

KİV: İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub
# 18 sentyabr 2023 17:11 (UTC +04:00)

İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

APA xəbər verir ki, bu barədə “ Agence France-Presse” (AFP) xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ABŞ və İran arasında baş tutan mübadilə çərçivəsində azad edilmiş 5 amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından havaya qalxıb və Dohaya yola düşüb.

Mübadilə zamanı ABŞ-da azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər.

Həmin şəxslərlə yanaşı, ABŞ-da həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR