Bank Of Baku

KİV: Köməkçisi Blinkenin Çinə səfərinin nəticələri barədə Seula məlumat verəcək

KİV: Köməkçisi Blinkenin Çinə səfərinin nəticələri barədə Seula məlumat verəcək
# 20 iyun 2023 15:16 (UTC +04:00)

ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink Entoni Blinkenin Çinə səfərinin nəticələri barədə Seula məlumat verəcək.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Kritenbrink Seula səfər edəcək və xarici işlər nazirinin köməkçisi Çoi Yonq Samla görüşəcək.

Qeyd olunub ki, Kritenbrink Blinkenin Çinə səfəri zamanı onu müşayiət edib.

Xatırladaq ki, 18-19 iyun tarixlərində ABŞ dövlət katibi Pekində səfərdə olub və Çinin yüksək vəzifəli şəxsləri, o cümlədən Çin lideri Si Cinpinlə görüşlər keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR