Britaniya hökuməti ABŞ prezidenti Co Baydenin Krallığın müdafiə naziri Ben Uollesin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini dəstəkləməmək qərarına görə çox məyus olub.
APA xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən The Telegraph nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Uollesin ambisiyaları Ağ Ev rəhbərinin mövqeyinə görə baş tutmayacaq. London etiraf edir ki, belə vəziyyət Böyük Britaniya və ABŞ arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər.