ABŞ Senatında Respublikaçılar Partiyasının bir neçə nümayəndəsi 2024-cü ildə Ukraynaya 60-80 milyard dollar yardım ayrılması məsələsi üzrə səsvermənin oktyabrda keçirilməsini istəyir.
APA-nın xəbərinə görə, bu barədə “Punchbowl News” portalı məlumat yayıb.
Respublikaçılar Kiyevə yardım paketinin ayrılması məsələsi ilə bağlı gələn ay Konqresdə səsvermə keçirmək istəyirlıər. Bunun 2024-cü ilin noyabrına təyin edilmiş prezident seçkilərindən sonra da Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcəyi gözlənilir. Bu adddım həm də oktyabrın 1-dən federal hökumətin fəaliyyətini dayandırmasının qarşısını ala bilər.