Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi Ukrayna silahlı qüvvələrinin vəziyyəti ilə bağlı məlumatların sızması ABŞ və onun müttəfiqləri arasında münasibətləri çətinləşdirib.
APA-nın məlumatına görə, bu barədə “The New York Times” məlumat yayıb.
“Sızma artıq müttəfiqlər arasında münasibətləri çətinləşdirib və Birləşmiş Ştatların sirləri saxlamaq qabiliyyəti şübhə doğurub. Sənədlər diplomatik münasibətlərə də xələl gətirə bilər. Materiallar göstərir ki, ABŞ təkcə Rusiyaya deyil, həm də müttəfiqlərinə qarçı casusluq edir.