Bank Of Baku

Kolumbiyada 4,7 maqnitudalı zəlzələ baş verib

Kolumbiyada 4,7 maqnitudalı zəlzələ baş verib
# 19 noyabr 2023 06:43 (UTC +04:00)

Kolumbiya sahillərində 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 86,7 min insanın yaşadığı Tumako şəhərindən 125 kilometr şimal-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR