Kolumbiyanın Quetame regionunda baş vermiş qar uçqunu nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə məlumatı regionun Fövqəladə Halların İdarə Olunması Xidməti yayıb.
Qeyd olunub ki, 17 iyulda Kundinamarka dağlarında baş verən qar uçqunu 30-a yaxın yaşayış binasına ziyan vurub.
Həmçinin o da əlavə olunub ki, fəlakət baş verən bölgədə axtarış-xilasetmə işləri davam edir.
Xatırladaq ki, hadisə baş verən gün verilən xəbərə görə, 20 nəfərin öldüyü, 9 nəfərin itkin düşdüyü, 6 nəfərin yaralandığı və onlarla insanın ərazidən təxliyə edildiyi bildirilmişdi.