Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb

Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb
# 01 dekabr 2017 19:03 (UTC +04:00)

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən xəbərinə görə, "Domodedovo" aeroportunda 21, "Şeremetyevo"da 77, "Vnukovo"da isə 5 uçuş təxirə salınıb, 3-ü isə ləğv edilib. "Şeremetyevo" hava limanında 35 uçuş ləğv edilib.

Sinoptiklər Moskvada güclü külək və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR