Bank Of Baku

Konqres Baydenin İrana qarşı sanksiyaları yumşaltmasını çətinləşdirir

Konqres Baydenin İrana qarşı sanksiyaları yumşaltmasını çətinləşdirir
# 23 iyun 2023 11:47 (UTC +04:00)

ABŞ senatorları İrana qarşı sanksiyaların aradan qaldırılması üçün Konqresin səsverməsini tələb edən qanun layihəsini təqdim ediblər.

APA xəbər verir ki, 33 amerikalı senator İrana qarşı sanksiyaların mümkün yumşaldılmasının nəzərdən keçirilməsi üçün Konqresin təsdiqini tələb edən planı Bayden administrasiyasına təqdim edib.

Respublikaçı iki senator Bill Hagerty və Cim Rişin təşəbbüsü ilə yenidən təklif edilən plan “İran Nüvə Sazişinə Baxış Aktı” adlanır. Bu planın təqdim edilməsində məqsəd ABŞ hökumətinin İrana qarşı sanksiyaları müstəqil şəkildə, Konqresin qərarından yan keçməklə yumşaltmağa mümkün cəhdlərinin qarşısını almaqdır.

“Terroru dəstəkləyən İran rejimi amerikalılara, bizim regional tərəfdaşlarımıza və müttəfiqlərimizə zərər vermək üçün nüvə silahı əldə etməyə çalışır. Əgər Co Bayden İrana qarşı sanksiyaları yumşaltmaq üçün Konqresin qərarlarından yan keçməyə davam etmək istəyirsə, Konqresin buna qarşı təminatları olmalıdır. Bu planın Bayden administrasiyasına təqdim edilməsi onu nümayiş etdirir ki, İrana qarşı sanksiyaların aradan qaldırılmasını ehtiva edən istənilən razılaşma Konqresə təqdim edilməlidir”, - Bill Hagerti deyib.

Cim Riş Rusiyanın Ukrayna ərazisinə müdaxiləsinə İran tərəfindən dəstəyə diqqət çəkib: “İran Rusiyanın Ukraynaya qarşı müharibəsini fəal şəkildə dəstəkləyir, əsgərlərimizə və diplomatlarımıza hücumları davam etdirir”.

Qeyd edək ki, qanun layihəsi ilk dəfə 2021-ci ilin aprelində Bayden administrasiyası İranla nüvə sazişini bərpa etməyə yaxın olan zaman təqdim edilib. Tehran və Vaşinqton arasında Omanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqlar ilə bağlı son xəbərlər ABŞ və İran arasında qeyri-rəsmi razılaşma əldə edilə biləcəyini göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR