Korrupsiyada ittiham olunan ABŞ-nin ermənipərəst senatoru məhkəmə qarşısına çıxacaq

Korrupsiyada ittiham olunan ABŞ-nin ermənipərəst senatoru məhkəmə qarşısına çıxacaq
# 03 oktyabr 2023 01:54 (UTC +04:00)

Korrupsiyada ittiham olunan ABŞ-nin Nyu Cersi ştatının ermənipərəst senatoru Robert Menendesin məhkəməsi 2024-cü il mayın 6-da başlayacaq.

APA xəbər verir ki, bu barədə "CNBC" televiziya kanalı məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 22-də ABŞ-ın Nyu-Yorkun Cənub Bölgəsi üzrə Prokurorluğu R.Menendesə qarşı ittihamları irəli sürdüyünü açıqlayıb.

İttihama əsasən, senator və onun həyat yoldaşı “Nyu Cersi ştatından olan iş adamı ilə korrupsioner münasibətlərdə olublar” və “yüz minlərlə dollar rüşvət” alıblar. Senator nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR