Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın iclasının vaxtı açıqlanıb

Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyanın iclasının vaxtı açıqlanıb
# 25 oktyabr 2016 14:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Gələn il Bakıda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.


APA-nın xəbərinə görə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krof jurnalistlər açıqlamasında deyib ki, komissiyanın ilk iclası fevral ayında Londonda olub.

Səfirin sözlərinə görə, Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın növbəti görüşü gələn il Bakıda baş tutacaq: "Azərbaycan hökuməti ilə Böyük Britaniya yaxından əməkdaşlıq edir, müxtəlif görüşlər keçirilir. Müxtəlif rəsmilərin Azərbaycana, əksinə olaraq Azərbaycandan Böyük Britaniyaya səfərləri təşkil olunur".

K. Krof qeyd edib ki, gələn ay Böyük Britaniyanın baş nazirinin ticarət məsələləri üzə elçisi Baronessa Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur. Onun sözlərinə görə, səfər bu ilin noyabr ayının sonunda olacaq. B. Nikolsonla birlikdə İngiltərənin 20-yə yaxın şirkəti də Azərbaycana gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR