Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyaya səfər edib.
APA xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi “Telegram” kanalında məlumat yayıb.
Qeyd olunub ki, Sergey Lavrov 17-21 aprel tarixlərində Latın Amerikası turu çərçivəsində ilk olaraq Braziliyaya gedib.
Rusiyalı nazirin Braziliyanın ali rəhbərliyi tərəfindən qəbulu gözlənilir və səfər çərçivəsində həmçinin braziliyalı həmkarı Mauro Vieyra ilə görüşəcək.
Xatırladaq ki, Rusiya və Braziliya XİN rəhbərləri sonuncu dəfə ötən ay Yeni Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşüblər.