Amerika Birləşmiş Ştatları Rusiyanın xarici işlər naziri Sergey Lavrova və BMT Təhlükəsizlik Şurasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinə hələ viza verməyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
ABŞ-ın Lavrova BMT Təhlükəsizlik Şurasında iştirak etmək üçün viza verib-verməməsi ilə bağlı sualı cavablandıran rusiyalı diplomat “indiyə kimi bir dənə də olsun viza verilməyib”, - deyə bildirib.