Macarıstan və ABŞ Mərkəzi və Şərqi Avropa ölkələrinə Amerika mayeləşdirilmiş təbii qazının (LNG) tədarükünü nəzərdə tutan infrastruktur layihəsi üzrə anlaşma memorandumu imzalayıblar.
Bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, tərəflər iki mühüm əməkdaşlıq sənədi imzalayıblar.
“ABŞ dövlət katibi Marko Rubio ilə iki mühüm əməkdaşlıq sazişi imzaladıq. ‘Trump Peace Pipelines Framework’ çərçivəsində təbii qaz və xam neftin nəqli üçün regional infrastrukturun inkişafı sahəsində əməkdaşlığımızı gücləndiririk”, – deyə nazir qeyd edib.
Bildirilib ki, proqram Mərkəzi və Şərqi Avropa ölkələrində boru kəmərləri şəbəkəsinin inkişaf etdirilməsini və ABŞ-dan idxal olunan mayeləşdirilmiş təbii qazın region ölkələrinə çatdırılmasını nəzərdə tutur.
İkinci saziş isə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsinə və radikal təşkilatların törətdiyi cinayətlərlə bağlı məlumat mübadiləsinə yönəlib.