Bank Of Baku

Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - FOTO

Tovuzda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - FOTO
# 30 oktyabr 2026 00:26 (UTC +04:00)

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” və “Opel” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü L.Əhmədova, 1998-ci il təvəllüdlü D.Nəsirov və 1979-cu il təvəllüdlü X.Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya düşən şəxslər yas mərasiminə gedirmişlər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR