Venesuela Prezidenti Nikolas Maduro Dominikan Respublikasının rəhbəri Luis Abinaderi Venesuela təyyarələrini oğurlamaqda ittiham edərək onu “oğru və quldur” adlandırıb.
APA xəbər verir ki, dövlət başçısı bunu hökümət iclasında deyib.
“Bugünkü debatları çox diqqətlə izləyirəm. Mən ora getməyə hazır idim. Təyyarəm Dominikan Respublikasında qaçırılmasaydı, mən ora uçacaqdım. Dominikan Respublikasının Prezidenti Abinader quldur və oğrudur”, - Maduro qeyd edib.
Sentyabrın 2-də ABŞ Dominikan Respublikasında Maduronun təyyarəsinə həbs qoyaraq hava gəmisini Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, təyyarə ixrac nəzarəti və ABŞ-nin sanksiyalar qanunlarını pozaraq alınıb.