Venesuela Prezidenti Nikolas Maduro ABŞ prezidentliyinə namizəd Donald Trampı təşkilatçıları müəyyən etmək üçün yeni sui-qəsd cəhdini müstəqil şəkildə araşdırmağa çağırıb.
APA xəbər verir ki, dövlət başçısı bu çağırışı “Maduro ilə+” adlı televiziya proqramının efirində edib.
“Araşdırma tələb edin, şəxsi araşdırma aparın ki, kimin əmr verdiyi, kimin buna başçılıq etdiyi barədə həqiqət üzə çıxsın”, - Maduro vurğulayıb.