Çox güman ki, yaxın gələcəkdə Ukrayna Rusiya təcavüzünə qarşı təcili olaraq ehtiyac duyduğu F-16 qırıcıları alacaq.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İordaniyanın “Əl-Mamlaka” telekanalına müsahibəsində ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.
“F-16 ilə bağlı əslində işlər irəli gedir. Deməli, təlim proqramı var və onlar (ukraynalılar - red) o qədər də uzaq olmayan gələcəkdə F-16-lar alacaqlar”, - Millli bildirib.