OPEC neftə tələbat üzrə proqnozunu artırıb

OPEC neftə tələbat üzrə proqnozunu artırıb
# 18 yanvar 2018 15:00 (UTC +04:00)

Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) 2018-ci ildə neftə olan tələbat proqnozunu ötən ilin dekabr ayında verdiyi proqnozla müqayisədə gündəlik 0,06 mln. barel artıraraq gündəlik 98,51 mln. barelə çatdırıb.

APA-Economics”in məlumatına görə, bu barədə OPEC-in yanvar ayı üzrə hesabatında deyilir.

Məlumata görə, 2018-ci ildə neftə olan tələbat gündəlik 1,53 mln. barel artacağı gözlənilir. Bu, təşkilatın əvvəlki proqnozundan təxminən 0,2 mln. barel çoxdur.

Hesabatda deyilir ki, proqnozun artırılması əsasən Avropa və Çindən tələbatın bundan əvvəl gözləniləndən daha yüksək olması ilə bağlıdır. OPEC-n mütəxəssisləri hesab edir ki, cari ildə neftə olan tələbatın artımı əsasən inkişafda olan ölkələrin hesabına baş verəcək.

Eyni zamanda, 2018-ci ildə OPEC-ə daxil olmayan ölkələr tərəfindən neft təklifi ilə bağlı proqnoz gündəlik 0,12 mln. barel artırılaraq gündəlik 58,94 mln. barelə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR