Azər Xudiyev: "Azərbaycan prezidenti yaxın vaxtlarda Ukraynaya səfər edəcək"

Azər Xudiyev: "Azərbaycan prezidenti yaxın vaxtlarda Ukraynaya səfər edəcək"
# 24 yanvar 2018 13:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Ukraynaya səfər edəcək.

APA-nın məlumatın görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Ukrinform”a müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, 2016-cı ildə Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanda rəsmi səfərdə olub: “Səfər zamanı çox vacib razılaşmalar əldə olundu ki, hazırda biz onların icrası ilə məşğul oluruq. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya cavab səfəri edəcək. Bu səfər əlaqələrimizin inkişafı və möhkəmlənməsinə daha böyük impuls verəcək”.

Səfir bildirib ki, prioritet istiqamətlər artıq müəyyənləşib və səfər zamanı ikitərəfli əlaqələrə dair sənədlər paketi imzalanacaq.

A. Xudiyevin sözlərinə görə, hazırda sənədlər üzərində iş gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR