Meksikanın cənub-qərbində baş verən 7,4 bal gücündə zəlzələdən sonra ölənlər və ciddi dağıntılar qeydə alınmayıb.
APA xəbər verir ki, bu barədə Meksikanın Milli Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Qurumun açıqlamasına görə, ilkin qiymətləndirmələr nəticəsində ciddi bina zədələri, ağır yaralananlar və ya əhali üçün təhlükə yaradan infrastruktur dağıntıları müəyyən edilməyib.
Çiapas ştatının qubernatoru Eduardo Ramires Aqilar sakinləri davam edən afterşoklar fonunda evdə qalmağa və sakitliyi qorumağa çağırıb.
Milli Seysmoloji Xidmətin məlumatına görə, zəlzələnin maqnitudası 7,4, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Episentr Sudad-İdalqo şəhərindən 135 kilometr cənub-qərbdə qeydə alınıb.
Yeraltı təkanlardan sonra ən güclüsü 6,5 bal olmaqla ümumilikdə 60 afterşok baş verib.
***
19:31
Meksika sahillərində 7.3 maqnitudalı zəlzələ olub.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ 25 km dərinlikdə baş verib.
Sunami təhlükəsi elan edilib.