ABŞ-ın İranla qarşıdurma zamanı yaralanan hərbçilərin sayı 427 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyulun 17-nə olan məlumata əsasən, ən çox itki quru qoşunlarında qeydə alınıb.
Belə ki, 287 hərbçi yaralanıb. Hərbi Dəniz Qüvvələrində 68, Hərbi Hava Qüvvələrində 53, Dəniz Piyada Korpusunda isə 19 yaralı var.