Bank Of Baku

Meksikada barda yanğın olub, 11 nəfər ölüb

Meksikada barda yanğın olub, 11 nəfər ölüb
# 23 iyul 2023 07:32 (UTC +04:00)

Meksikada barda güclü yanğın olub.

APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Hadisə San Luis Rio Kolorado şəhərindəki "Beer House" barında baş verib.

Yanğın zamanı 11 nəfər ölüb.

Müstəntiqlərin fikrincə, hadisə nalayiq davranışlar sərgilədiyi iddia edilən ziyarətçilərdən birinin təqsiri üzündən baş verib.

Bir müddət sonra həmin şəxs geri qayıdıb və əsas girişə yanar qarışığı olan qab atıb.

Şübhəli şəhəri tərk etmək istəyərkən yaxalanıb.

Qurbanlar arasında həmin axşam çıxış edən "Mitosis Rock & Ska" musiqi qrupunun üç üzvü də olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR