Bank Of Baku

Meksikada furqon tipli avtomobil dərəyə aşıb, 24 nəfər ölüb

Meksikada furqon tipli avtomobil dərəyə aşıb, 24 nəfər ölüb
# 03 avqust 2023 19:41 (UTC +04:00)

Meksikada ölümlə nəticələnən yol qəzası baş verib.

APA “El Heraldo de Mexico” qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində - Nayarit ştatında qeydə alınıb.

Furqon tipli avtomobilin dərəyə aşması nəticəsində ən azı 24 nəfər ölüb.

Ölənlər arasında 5 azyaşlı da var. Daha 20 nəfər isə xəsarət alıb, onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

İlkin məlumata görə, qəzanın baş verməsinə sürücünün sükan arxasında yuxulaması səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR