Mərkəzi Amerikada fırtına və leysan 30 nəfərin ölümünə səbəb olub

Mərkəzi Amerikada fırtına və leysan 30 nəfərin ölümünə səbəb olub
# 23 iyun 2024 19:41 (UTC +04:00)

Fırtına və leysan yağışların yol açdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində Mərkəzi Amerika ölkələrində ən azı 30 nəfər ölüb, minlərlə insan evlərini tərk edib.

APA-nın xəbərinə görə, El-Salvador hakimiyyəti 6-sı uşaq olmaqla, 19 nəfərin öldüyünü açıqlayıb.

Qvatemala hökuməti cümə günü 10 nəfərin öldüyü, 11 minə yaxın insanın təxliyə edildiyi, 380-ə yaxın insanın hələ də müvəqqəti sığınacaqlarda olduğu, 300 nəfərin ağır yaralandığı barədə məlumat yayıb. Hondurasda isə 1 nəfər ölüb, 1200-dən çox insan evakuasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR