Tramp debatda Baydeni ələ salıb

Tramp debatda Baydeni ələ salıb
# 28 iyun 2024 06:23 (UTC +04:00)

Sabiq ABŞ prezidenti Donald Tramp debat zamanı hazırki prezidenti Co Baydenin çıxışını ələ salıb.

APA xəbər verir ki, miqrasiya ilə bağlı çıxışının sonunda Ağ Evin hazırkı rəhbərinin dili topuq vurub və o cümləsini tutarlı şəkildə tamamlaya bilməyib.

Tramp isə fürsətdən istifadə edərək rəqibini başa düşməyin mümkün olmadığını bildirib.

“Düzünü desəm, onun çıxışının sonunda nə dediyini bilmirəm. Düşünürəm ki, o, nə dediyini bilmir”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp əvvəllər Baydeni cinayətkar adlandırmışdı. Trampın fikrincə, Bayden prezidentlikdən gedən kimi mühakimə olunmalıdır. Bundan əlavə, Tramp insanlara Baydenin oğlu Hunterin məhkəmə prosesini xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR