Bank Of Baku

Metyu Miller: ABŞ Qəzzada atəşkəslə bağlı Dohada keçirilən məsləhətləşmələri konstruktiv hesab edir

Metyu Miller: ABŞ Qəzzada atəşkəslə bağlı Dohada keçirilən məsləhətləşmələri konstruktiv hesab edir
# 03 sentyabr 2024 22:26 (UTC +04:00)

Birləşmiş Ştatlar Qəzza zolağında atəşkəslə bağlı ötən həftə Dohada ABŞ, Misir və Qətərin iştirakı ilə keçirilən məsləhətləşmələri konstruktiv hesab edir.

APA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

“Keçən həftəki danışıqlar zamanı biz razılaşma yolunda qalan maneələrin aradan qaldırılmasında irəliləyiş əldə etmişik. Razılaşma əldə etmək üçün yaxın günlərdə ABŞ regiondakı tərəfdaşları ilə əlaqə saxlamağa davam edəcək”, - Miller vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR