Bakıda naməlum kişi meyiti tapılıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 50-60 yaşlarında kişi meyiti aşkar edilib.
Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin bədənin ümumi soyuması səbəbindən öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.