Ötən ay Təhsil Nazirliyində göstərilən xidmətlərin statistikası açıqlanıb

Ötən ay Təhsil Nazirliyində göstərilən xidmətlərin statistikası açıqlanıb
# 02 aprel 2018 10:16 (UTC +04:00)

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, ötən ay Vətəndaşlarla iş bölməsinə ümumilikdə 8 894 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 6 552 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 342 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

Vətəndaşların Qəbulu Mərkəzində 899 sənəd (523 məktub, 325 ərizə, 51 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul, tələbələrin yerli ali və orta ixtisas təhsil müəssisələrinə köçürülməsi və bərpası, müəllimlərin işə qəbulu ilə bağlı məsələləri əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR