ABŞ Müdafiə Nazirliyi artilleriya mərmilərinin istehsalını 3 dəfədən çox artırmağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Patrik Rayder Pentaqonda təşkil olunan brifinqdə çıxışı zamanı bildirib.
Rayderin sözlərinə görə, hazırda ABŞ-da ay ərzində 24 minə yaxın 155 mm-lik artilleriya mərmisi istehsal olunur. Gələn ildən ayda 80 min ədəd mərminin istehsalı planlaşdırılır.
MN rəsmisi onu da əlavə edib ki, Rusiya ilə Ukrayna arasında ötən ilin fevral ayında müharibəyə başlayandan indiyə qədər ABŞ Kiyevə 2 milyondan ədəddən çox 155 mm-lik mərmi tədarük edib.