“Azneft” İB-də bir sıra proqram təminatlarının tətbiqinə start verilib

“Azneft” İB-də bir sıra proqram təminatlarının tətbiqinə start verilib
# 10 sentyabr 2015 14:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. SOCAR-ın “Azneft” İstehsalat Birliyində bu ildən başlayaraq effektivliyin artırılması məqsədilə bir sıra yeni proqramların tətbiqinə start verilib.

SOCAR-dan “APA-Economics”ə verilən xəbərə görə, bunlardan biri “Neft və qazın hesabatı” proqramıdır.

Bu proqram vasitəsilə neft və qazın müvafiq parametrləri (təzyiq, sərf və s.) sistemə daxil edilməklə birlik üzrə gündəlik, aylıq və illik hesabatlar hazırlanır. Neft və qazın dəyişmə dinamikasına (cədvəl və qrafik formasında) real vaxt rejimində (online) nəzarət etmək mümkündür.

Yeni istifadə olunan digər bir proqram “Xidmətin idarə edilməsi” - “İş sifarişi” proqramıdır. Bu, yerinə yetirilən işlər haqqında məlumatların kompüter bazasında saxlanması sistemidir və işçilərə gündəlik vəzifələrini yerinə yetirməkdə yardım üçün nəzərdə tutulub və cari ildə tətbiqinə başlanılan “Gəmi saatları”nın hesabatı proqramı vasitəsilə SOCAR üzrə sifariş olunan gəmilərin iş saatları sistemə daxil edilir, gəmi və gəmi növləri üzrə gündəlik, aylıq və illik hesabatlar hazırlanır, müxtəlif kalkusiyalarda istifadə olunur. Tətbiq edilən “Əmək şəraiti və tikintiyə nəzarət” proqramı isə “Azneft” İstehsalat Birliyinin struktur bölmələrində əmək şəraitinə və tikinti işlərinə nəzarəti gücləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR