ABŞ Prezidenti Co Bayden F-16 qırıcılarının Türkiyəyə satışını qeyd-şərtsiz dəstəkləyir.
APA CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib. O, bildirib ki, Bayden administrasiyası senatın xarici əlaqələr komitəsinin sədri Bob Menendezlə təmasda olub və senatoru F-16 qırıcılarının Türkiyəyə satışına qoyulmuş qadağanı götürməyə çağırıb.
Sallivan qeyd edib ki, Prezidenti Bayden bu istiqamətdə addım atılmasına açıq və birmənalı dəstək göstərib və konqreslə müzakirələrin irəliyə aparılması niyyətindədir.
Bayden də NATO-nun Vilnüs sammiti öncəsi CNN-ə müsahibəsində qırıcıların Ankaraya satışını dəstəklədiyini bildirib və bunun NATO-nun hərbi imkanlarının artırılması hədəfinin tərkib hissəsi olduğunu işarə edib.