Gəncə Lokomotiv deposunun mühafizəçisi bıçaqlanıb

Gəncə Lokomotiv deposunun mühafizəçisi bıçaqlanıb
# 10 fevral 2017 11:02 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə Dəmir Yolu Deposunda qeydə alınıb. Orada mühafizəçi işləyən 1993-cü il təvəllüdlü Məmmədov Kərəm Nurəddin oğlu bıçaqlanaraq Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan mühafizəçinin vəziyyəti ağır qiymətləndirilir.

Onun tanışı tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR