Şirvan sakini evində yanaraq ölüb

Şirvan sakini evində yanaraq ölüb
# 11 dekabr 2017 07:56 (UTC +04:00)

Şirvan şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış cəsədi aşkarlanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR