ABŞ-da ardıcıl iki zəlzələ baş verib

ABŞ-da ardıcıl iki zəlzələ baş verib
# 22 sentyabr 2017 22:49 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında bir-birinin ardınca iki zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 5,7 maqnitudalı ilk zəlzələ Ferndeyl şəhərindən 204 km qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 9,1 km dərinlikdə yerləşib.

İkinci zəlzələ Ferndeyldən 58 km qərbdə baş verib. 5,6 maqnitudalı zəlzələnin ocağı 4,6 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR