Yunanıstanda futbol klubunun qapıçısı məşq zamanı ölüb

Yunanıstanda futbol klubunun qapıçısı məşq zamanı ölüb
# 02 sentyabr 2015 22:36 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın “Veriya” klubunun qapıçısı Stelios Markusis məşq zamanı vəfat edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə klubun açıqlamasında bildirilir.

Məlumata əsasən, 18 yaşlı idmançı komanda ilə birgə məşq edərkən özünü pis hiss edib və huşunu itirib. Stelios Markusis dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin olaraq onun ölümünə səbəb kimi ürək tutması göstərilir.

Qeyd edək ki, “Veriya” klubu Yunanıstan çempionatında iki turdan sonra 5-ci pilləni tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR