Gümrüdə rusiyalı hərbçinin qətlində 20 yaşlı mülki şəxs şübhəli bilinir

Gümrüdə rusiyalı hərbçinin qətlində 20 yaşlı mülki şəxs şübhəli bilinir
# 22 aprel 2017 20:28 (UTC +04:00)

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçini qətlə yetirməkdə 20 yaşlı mülki şəxs şübhəli bilinir. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib.

“Polis əməkdaşlarının keçirdiyi genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yaşlı C.A. saxlanılıb”, - deyə o bildirib.

Cinayət işi Ermənistan İstintaq Komitəsinin Mühüm İşlərin İstintaqı İdarəsinə verilib.

Saxlanılan şəxs barəsində məhkəmə-psixiatrik ekspertiza təyin edilib. Məlumata görə, həmin şəxs psixi problemlərlə əlaqədar bu ilin martında ordudan təxris olunub. Həmçinin, onun barəsində daha əvvəl cinayət işi başlanıbmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR